[r32]
  xeber – 
Polşanın Poznan şəhərində qaz sızması nəticəsində dörd mərtəbəli yaşayış binasında partlayış olub, bina uçub.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Polşa Dövlət Yanğın Xidməti binanın uçması nəticəsində 3 nəfərin öldüyü, 21 nəfərin yaralandığını açıqlayıb.
Yaralılardan 3-nün durumu ağırdır. Onların arasında uşaq da var.
Dağıntılar altında insanların qalması ehtimal ilə əlaqədar hazırda xilasetmə əməliyyatı aparılır
                           
mənbə : 
Lent.az