[r32]
4 Mart, 2018 16:50 xeber – İtaliya A Seriyasının 27-ci turunun bu gün keçirilməli olan 7 matçının hamısı “Fiorentina”nın kapitanı Davide Astorinin ölümünə görə təxirə salınıb.
“Report” xəbər verir ki, bu barədə “Football Italia” nəşr məlumat yayıb.
Otuz bir yaşlı futbolçunun meyiti bu gün səhər Udine şəhərində yerləşən mehmanxanalardan birinin otağında aşkar edilib. O, yuxudan ayılmayıb. Oyunçunun hazırda adı açıqlanmayan xəstəlikdən öldüyü bildirilir.
Bu gün 27-ci tur çərçivəsində “Milan” – “İnter” derbisi ilə yanaşı “Cenoa” — “Kalyari”, “Udineze” — “Fiorentina”, “Torino” — “Krotone”, “Benevento” — “Verona”, “Atalanta” — “Sampdoriya” və “Kyevo” — “Sassuolo” matçlarının keçirilməsi planlaşdırılırdı.
mənbə :
Report.az