İçeriğe geçmek için "Enter"a basın

Sumqayıtda orta yaşlı kişi işlədiyi şərab dükanında döyülüb

04-03-2018

[r32]

4 Mart, 2018  14:20 xeber – Sumqayıt şəhərinin 2-ci mikrorayonunda yerləşən şərab dükanlarından birində döyülmə hadisəsi baş verib.
“Report”un yerli bürosunun məlumatına görə, Sumqayıt şəhəri, 1-ci mikrorayon, bina 8b/26, mənzil 38-də yaşayan 1982-ci təvəllüdlü Bəxtiyar Bayram oğlu Xudiyevin işlədiyi şərab dükanı naməlum şəxslərin hücumuna məruz qalıb.
Nəticədə o, gözləmədiyi halda həmin şəxslər tərəfindən möhkəm döyülüb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. TTYX-dan verilən məlumata görə, hazırda Bəxtiyar Xudiyevin vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.

mənbə :
Report.az

Sumqayitda orta yasli kisi islediyi serab dukaninda doyulub