[r32]
4 Mart, 2018 08:17 xeber – Neftçala sakini xəsarət alıb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Surra kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Tarverdiyev Feyruz Fəyyaz oğlu qarnının kəsilmiş-deyilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəxananın cərrahiyyə şöbəsinə qaldırılan yaralı əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
F.Tarverdiyevin dediyinə görə, həyətdə iş görən zaman qarın nahiyəsinə dəmir batıb.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az