İçeriğe geçmek için "Enter"a basın

Tramp hesab edir ki, ABŞ-da prezidentlik müddətinə möhlət bir gün ləğv ediləcək

04-03-2018

[r32]

4 Mart, 2018  06:59 xeber – ABŞ prezidenti Donald Tramp Çin hakimiyyətinin dövlət başçısı postunda olmaları müddəti üçün məhdudiyyətləri götürmək təşəbbüsünə heyran qalıb. 
“Report” xəbər verir ki, bu barədə “CNN” bildirib.
O, həmçinin həmin sistemin özünü Amerika siyasi sistemində tətbiq etmək təklifini irəli sürüb.
“O (Si Çzinpin Çin Xalq Respublikasının lideri – red) ömürlük, daimi prezidentdir. O, çox gözəldir. Baxın, bunu etməyi bacardı və hesab edirəm ki, bu, əladır. Ola bilər, bizim də həmin sistemi bir dəfə tətbiq etməyə çalışmağa dəyir”, – deyə telekanal Trampın sözünü sitat gətirib.
Daha əvvəl Çin Kommunist partiyası Konstitusiyaya düzəlişlər etməyi və dövlət başçısının səlahiyyət müddətini dəyişdirməyi təklif edib.

mənbə :
Report.az

Tramp hesab edir ki, ABS-da prezidentlik muddetine mohlet bir gun legv edilecek