[r32]
4 Mart, 2018 03:49 xeber – Futbol Assosiasiyası Beynəlxalq Şurası matçların əlavə olunmuş vaxtında dördüncü dəyişikliyin edilməsinə icazə verəcək.
“Report” xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
“Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında dördüncü dəyişikliyin edilməsi məsələsinə martın16-da FİFA-nın şurasında baxılacaq”, – deyə təşkilatın mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd edək ki, dördüncü dəyişiklikdən 2017-ci ildə Konfederasiyalar kubokunda, Portuqaliya ilə Çili arasında baş tutan yarımfinal matçında istifadə edilib.
Şura dünya çempionatında videotəkrar sistemini tətbiq edib.
mənbə :
Report.az