[r32]
3 Mart, 2018 21:49 xeber – Mingəçevirdə 9 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb.
“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsi, 23 ünvanında baş verib.
Belə ki, küçədə təkərli idman vasitəsi ilə sürüşən 2009-cu il təvəllüdlü şəhər sakini Aysun Tahir qızı Məmmədli yıxılıb. Nəticədə onun boynunun körpücük sümüyü sınıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
mənbə :
Report.az