[r32]
2018-03-03T18:45 xeber – Şəmkirdə təcili tibbi yardım maşını qəza törədib.
APA-nın verdiyi məlumata görə, hadisə rayonun Keçili kəndinə gedən yolda qeydə alınıb. Kənd sakini Tural Məmmədov evdə təmir işləri aparan zaman partlayış baş verib və o, yanıq xəsarətləri alıb. Bununla bağlı təcili yardım çağırılıb. T.Məmmədovu xəstəxanaya aparan təcili tibbi yardım avtomobili yolda rayon sakini 1963-cü il təvəllüdlü Cəfərov Hüseyn Məcid oğlunun idarə etdiyi “QAZ 31” markalı avtomobillə toqquşub. Qəza zamanı H. Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yanıq xəsarəti alan T. Məmmədov Gəncədə olan özəl xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Sputnik
"Təcili yardım xəstəni sağaltmaq əvəzinə bir nəfəri də yaralayıb"
03-03-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib