[r32]
2 Mart, 2018 19:09 xeber – Cəlilabad rayonunda 25 yaşlı gənc döyülüb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Emin Əjdər oğlu Əmirov döyülüb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralı tanıdığı şəxslər tərəfindən döyüldüyünü açıqlayıb.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az