İçeriğe geçmek için "Enter"a basın

Sibel Can nənəsinin dəfninə niyə getməyib? - ÖZÜ AÇIQLADI

01-03-2018

[r32]
xeber –

Türkiyənin tanınmış müğənnisi Sibel Can ötən gün dünyasını dəyişən nənəsi barədə danışıb.

 

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçı alzheimer xəstəsi olan nənəsini küçəyə atması iddialarına cavab verib: “12 yaşımdan işləyirəm. Ailəm üçün ömrümü verdim. Ev əşyalarıyla birlikdə necə varsa, elə də qalır. Nənəm 90 yaşında təkbaşına o evdə yaşaya bilməzdi. Ona xalam və gəlinləri baxırdı. Mən də maddi köməyimi edirdim. Bunu illərdir edirəm. Ailə olmaq bu deməkdir. Anam öldükdən sonra bütün evləri mənə və bacıma qaldı. Mən də öz payımı bacıma verdim. O nə istəsə, edə bilər. Amma nənəmin evi ilə bağlı yazılanlar əsla doğru deyil. Nənəmin evi hələ də öz yerindədir. O ev çox dəyərlidir. Çünki qazandığım pulla ilk aldığım ev oradır”. 

Müğənni nənəsinin dəfnində iştirak edə bilməməyinin səbəbini də açıqlayıb: “Məkanın cənnət olsun, nənə. Mən İstanbulda deyildim, ona görə də gələ bilmədim”.

 



mənbə :
Lent.az

Sibel Can nenesinin defnine niye getmeyib? – OZU ACİQLADİ