İçeriğe geçmek için "Enter"a basın

Səfir: “Pakistanın Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulması üzərində iş gedir”

01-03-2018

[r32]

1 Mart, 2018  09:32 xeber – Prezident İlham Əliyev ötən il Pakistana rəsmi səfəri zamanı bu ölkənin Şimal–Cənub nəqliyyat dəhlizinə qoşulması ilə bağlı təklif irəli sürüb.
Bunu “Report”a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib.
Onun sözlərinə görə, ölkəsi həmin təklifi nəzərdən keçirir: “Hesab edirəm ki, Pakistan Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmaq istəyər. Təbii ki, bunun üçün danışıqlar aparılmalıdır. Bu, Pakistan üçün müsbət haldır. Şimal-Cənub nəqliyyat dəhlizi ticarət, insanlar arasında əlaqələr, həmçinin turizmin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Təklif Azərbaycandan gəlib və müxtəlif nazirliklərə göndəririlib. Hazırda təklif üzərində iş gedir”.

mənbə :
Report.az

Sefir: “Pakistanin Simal-Cenub neqliyyat dehlizine qosulmasi uzerinde is gedir”