[r32]
2018-03-01T03:45 xeber – Tbilisinin Barataşvili küçəsində üzərinə fasad şüşəsi düşəsi nəticəsində yaralanan məktəblilərdən 3-nün azərbaycanlı olduğu məlum olub.
APA-nın məlumatına əsasən, uşaqlar hazırda xəstəxanadadır. Onların vəziyyəti stabildir və bu gün evə buraxılacağı gözlənilir.
Uşaqların dediyinə görə, onlar Tbilisiyə ekskursiyaya gəliblər və dayanacaqda düşəndən sonra bədbəxt hadisə baş verib. Onlar şəhərin Zemo Poniçala qəsəbəsində yerləşən 70 saylı məktəbin şagirdləridir.
Qeyd edək ki, dünən günorta saatlarında Tbilisidə Barataşvili küçəsində yerləşən binaların birindən düşən fasad şüşəsi 6 uşağa xəsarət yetirib. Uşaqlardan biri, 14 yaşlı Aslan Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı cinayət işi açılıb, ekspertiza müəyyən olunub.
Prezident Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili Aslan Məmmədovun həlak olması ilə bağlı onun ailəsinə başsağlığı veriblər.
mənbə :
Sputnik
"Azərbaycanlı uşaqların ekskursiyası faciəli başa çatdı, ölən var"
01-03-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib