[r32] 
                27 Fevral, 2018  19:44 xeber – Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən “Alanyaspor” komandasının yeni  baş məşqçisi müəyyənləşib.
“Report” xəbər verir ki, Hikmet Karamanın istefasından sonra boşalan posta Mesut Bakkal gətirilib. Onunla cari mövsümün sonunadək müqavilə bağlanılıb.
Qeyd edək ki, “Alanyaspor” 23 turdan sonra 21 xalla 15-ci pillədə qərarlaşıb. 
mənbə : 
Report.az