[r32]
27 Fevral, 2018 04:23 xeber – Papua – Yeni Qvineyada 7,5 maqnituda gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində 30-dan çox insan ölüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət dairələrinə istinadən “Post Courier” nəşri yazıb.
Bildirilir ki, yeraltı təkanlar zamanı 300-dən çox insan xəsarət alıb, bir çox binalara ziyan dəyib. Hela və Cənub Dağlıq əyalətlərinə elektrik enerjisi verilişi kəsilib, zəlzələ həmçinin aviaəlaqənin pozulmasına gətirib çıxarıb.
Yeraltı təkanların ocağı yerin 35 kilometr dərinliyində qeydə alınıb.
mənbə :
Report.az