[r32]
2018-02-25T20:22 xeber – İraq məhkəməsi İŞİD terror təşkilatına üzv olmaq ittihamı ilə Türkiyənin 16 vətəndaşı barədə ölüm hökmü çıxarıb. Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, məhkəmə barələrində edam cəzası çıxarılanların hamısının qadın olduğunu açıqlayıb.
Hakim Əbdül Səttar əl-Birkdar yekun hökm çıxarılan zaman deyib: “Bu qadınlar İŞİD üzvü olduqları və İŞİD üzvü olan şəxslərlə evli olduqlarını etiraf etdikdən sonra belə qərar çıxarılıb”. Hakim, qadınların türror aksiyalarının həyata keçirilməsinə dəstək olduqları və yaxından köməklik göstərdiklərini etiraf etdiklərini də vurğulayıb.
Qeyd edək ki, İraq məhkəməsi ötən həftə İŞİD üzvü olan başqa bir türk qadın barəsində edam hökmü çıxarmışdı.
mənbə :
Sputnik
"İraqda 16 türk qadına ölüm hökmü çıxarıldı"
25-02-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib