[r32]
2018-02-24T17:49 xeber – “Bakıda qeydiyyatsız yaşayan sakinlərin çoxluğu, əhalinin Bakıya axını uşaqların məktəblərdə rahat yerləşdirilməsi prosesində problemlər yaradır”.
Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
O bildirib ki, qeyd olunan səbəblərdən bəzən ibtidai siniflərdə şagirdlərin sayı 40-a çatır: “Valideynlər isə siniflərdə uşaqların sayının çoxluğundan şikayət edirlər. Bizim bu uşaqları qəbul etməməyə haqqımız yoxdur”.
M.Vəliyeva qeyd edib ki, Bakıda fəaliyyət göstərən 317 məktəbin yalnız 31-nə şagird qəbulu zamanı ərazi prinsipi qoyulub: “İlk olaraq məktəbin ərazisində yaşayan valideynlərin uşaqlarını həmin təhsil ocaqlarına yerləşdiririk. Həmçinin uşağın bacı-qardaşı seçdiyi məktəbdə oxuyursa, valideynlərindən biri orada işləyirsə, həmin şagirdləri seçdikləri məktəbə qəbul edirik. Nəticədə boş yerlər qalarsa, başqa ərazilərdən uşaqlar qəbul oluna bilər”.
mənbə :
Sputnik
"İbtidai siniflərdə şagird sıxlığının səbəbi nədir?"
24-02-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib