
28.01.2015 / 13:31 xeber –
Bu gün Vaqif Səmədoğlunun vəfat etməsindən sonra Azərbaycanda xalq şairlərinin sayı azaldı. Bəs hazırda Azərbaycanda neçə nəfər Xalq şairi və Xalq yazıçısı həyatdadır. Lent.az-ın məlumatına görə, modern.az bunu Azərbaycan Yazıçılar Birliyi ilə (AYB) dəqiqləşdirib. AYB-dən bildirilib ki, hazırda 5 Xalq şairi və 6 Xalq yazıçısı həyatdadır. Xalq yazıçı və Xalq şairi adına görə həmin ədəbiyyat nümayəndələrinə 50 manat müavinət verilir.
Bu adlara layiq görülən yazıçı və şairlərin siyahısını təqdim edirik.
Xalq şairləri:
Söhrab Tahir
Nəriman Həsənzadə
Fikrət Qoca
Sabir Rüstəmxanlı
Zəlimxan Yaqub
Xalq yazıçıları:
Maqsud İbrahimbəyov
Anar Rzayev
Elçin Əfəndiyev
Rüstəm İbrahimbəyov
Mövlud Süleymanlı
Çingiz Abdullayev
Mənbə : Lent.az