
28.01.2015 / 03:37 xeber –
Dağıstanda polis əməkdaşlarına atəş açan iki silahlı şəxs öldürülüb. APA-nın verdiyi xəbərə görə, bu barədə RİA Novosti-yə Dağıstan DİN nümayəndəsi bildirib.
Silahlı insident ötən gün yerli vaxtla 22.00 radələrində (Bakı vaxtı ilə 23.00-da) Nijneye Kazanişe yaşayış məntəqəsində baş verib.
“Polis əməkdaşları avtomobili saxlamağa cəhd edib, lakin maşının salonunda olan şəxslər polisə atəş açıblar. Cavab atəşi ilə cinayətkarlar məhv edilib”, deyə mənbə bilditib.
Öldürülən şəxslərin kimliyi müəyyənləşdirilir.
Mənbə : Lent.az