[r32]
30 Sentyabr, 2017 08:29 xeber – Kolumbiya prezidenti Xuan Manuel Santos Milli Azadlıq Ordusunun (MAO) üsyançıları ilə atəşkəs haqqında fərman imzalayıb.
“Report” xəbər verir ki, bu barədə o, “Twitter”də yazıb.
“Mən oktyabrın 1-dən MAO qruplaşması ilə atəşkəs rejiminin tətbiqinə dair fərman imzaladım. Bu, MAO-nun bütün tarixi ərzində imzaladığı atəşkəs haqqında ilk qarşılıqlı sənəddir”, — deyə Santos qeyd edib.
Sentyabrın 4-də Kolumbiya hökuməti və MAO üsyançıları atəşkəs barədə razılığa gəlib.
mənbə :
Report.az