İçeriğe geçmek için "Enter"a basın

Şamaxıda ağır qeza: 85 yaşlı kişi öldü

24-01-2015


24.01.2015 / 10:03 xeber –

Şamaxıda ölümlə nəticələnən ağır-yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Bakı-Şamaxı yolunun 133-cü kilometrliyində 1930-cu il təvəllüdlü Bayramov Kamil Musa oğluna məxsus “FORD” markalı yük avtomobili yol kənarına aşıb. Yanğınsöndürən-xilasedicilər avtomobilin altında sıxılmış vəziyyətdə qalan K.Bayramovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Şamaxıda ağır qeza: 85 yaşlı kişi öldü