23.01.2015 / 18:03 xeber –
“Qalatasaray”ın kişi basketbol komandasının baş məşqçisi Ərgin Ataman bir müddət əvvəl klubun məsləhətçisi Şeyda Coşqunla oteldəki görüşünün görüntülərini mətbuata sızdıran təhlükəsizlik idarəsinin rəisini məhkəməyə verib. Lent.az-ın yerli mətbuata istinadən məlumatına görə, Ərgin Ataman şəxsi həyatının mətbuata sızdırmalısına görə məhkəməyə verdiyi Əli Hüseyn Çataldaşa 5 il müddətinə həbs cəzasının verilməsini tələb edir.
Qeyd edək ki, məlum görüntülər 2013-cü il aprelin 1-də mətbuatda ictimailəşib. Ə.Ataman həmin vaxt komanda ilə birgə təlim məşq toplantısında olub və görüntülərinin mediada yayılmasından gec xəbər tutub.
Hadisədən sonra Əli Hüseyn Çataldaş işlədiyi oteldən xaric edilib.