23.01.2015 / 17:25 xeber –
Xəzər televiziyası “Hər şey daxil” adlı verilişin canlı efirində Azərbaycan manatını cıran müğənni Sevinc-Sevil bacıları hərəkətləri ilə bağlı məlumat yayıb. Lent.az-ın məlumatına görə, televiziyanın xəbərində deyilir ki, aparıcı ifa etdiyi “Borc ver” mahnısının təsirində qalaraq ifasını səhnələşdirmək istəmiş və bu zaman qeri-ixtiyari olaraq milli valyutamız olan manatı cırıb. Məsələ ilə bağlı Xəzər televiziyası rəhbərliyi dərhal toplantı keçirib və bu addım qətiyyətlə pislənilib, aparıcı Səfərova Sevinc, rejissor Məmmədova Sevinc cəzalandırıb.
Baş vermiş hadisəyə görə Xəzər TV Azərbaycan xalqından üzr istəyib.
Bu kimi dəyərsiz sənətkarlarda milliyətçilik, vətənpərvərlik yoxdur və heç zaman da olmayacaq.
Yalnız bu qadınlar deyil, onlar kimi bir çox sənətkarlar, dövlət məmurları, müxalifət və digər insanlar var ki, onlar nəinki milli valyutamızı cırar, hətda pul üçün vətənimizi, xalqımızı yağı düşmənlərə satarlar. Ar olsun onlara, Azərbaycanın çörəyi haram olsun belə vicdansız insanlara. Allah bəlasın versin.