İçeriğe geçmek için "Enter"a basın

Kral vehhabi adetleri ile defn edilecek – DETALLAR

23-01-2015


23.01.2015 / 17:03 xeber –

Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səud bu gün dəfn ediləcək. Lent.az-ın məlumatına görə, kralın dəfnində bir çox ölkələrin liderləri, o cümlədən Türkiyə prezidenti Ərdoğan da iştirak edir. Dəfn mərasimi öz maraqlı xüsusiyyətləri ilə seçilir. Belə ki, 90 yaşlı kralın dəfn mərasimi vəhhabi adətləri ilə həyata keçirildiyindən mərasimdə qeyri-müsəlmanların iştirakına icazə verilmir. Lakin ABŞ-ın vitse-prezidenti Co Bayden dəfn mərasimi başa çatandan sonra Ər-Riyada gələcək. Misir prezidenti Əbdülfəttah Əs-Sisi və İordaniya lideri kral Abdullah isə Davosdakı forumu yarımçıq tərk edərək birbaşa Ər-Riyada yola düşüb.

Yayılan xəbərlərdə o da qeyd olunur ki, kralın məzarının üstünə adı yazılmayacaq. Bundan başqa dövlət bayrağı üzərində kəlmeyi-şəhadət yazıldığı üçün endirilməyəcək. Ölkədə yas da elan edilməyəcək.

Kral paytaxtdakı İmam Turki Bin Abdullah məscidində dəfn ediləcək.

Bu gün axşam namazından sonra kral ailəsinin üzvləri, vəhabi imamlar, iş adamlarının iştirakı ilə məclis təşkil ediləcək. Həmin məclisdə Səudiyyə Ərəbistanının yeni kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud krallığa sadiqlik andı içəcək.

Kral vehhabi adetleri ile defn edilecek – DETALLAR