İçeriğe geçmek için "Enter"a basın

Keçmiş arvadını bıçaqladı

23-01-2015


23.01.2015 / 13:38 xeber –

Gəncədə bıçaqlanma hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Ordubadi küçəsində qeydə alınıb.  Şəhər sakini, 1968-ci il təvəllüdlü Nofəl Qasımov ailə münaqişəsi zəminində boşandığı həyat yoldaşı, 1975-ci il təvəllüdlü Kamilə Kərimovanı bıçaqlayıb. Qarın nahiyəsindən bıçaq yarası alan qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Mənbə : Lent.az

Keçmiş arvadını bıçaqladı