İçeriğe geçmek için "Enter"a basın

Azerbaycanda alimenti ödemeyen 2 min şexs axtarışdadır

22-01-2015


22.01.2015 / 10:26 xeber –

 

Azərbaycanda alimentlərlə əlaqədar məhkəmə qərarlarının icrası vəziyyəti açıqlanıb.

Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, Ədliyyə Nazirliyindən 2014-cü il ərzində aliment tələbi ilə bağlı yerli icra qurumlarının icraatında 52467 icra sənədi olması bildirilib. 

 

Həmin işlərdən 4416-nın icrası tamamlanıb, 48051 iş üzrə isə ödəmələr vaxtaşırı aparılır.

 

O cümlədən, 1997 borclu şəxsin axtarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib.

 

Mənbə : Lent.az

Azerbaycanda alimenti ödemeyen 2 min şexs axtarışdadır