İçeriğe geçmek için "Enter"a basın

Dünyanın en varlı futbol klubları belli oldu

22-01-2015


22.01.2015 / 05:48 xeber –

“Deloitte” konsaltinq şirkəti dünyanın ən varlı klublarının yeni reytinq siyahısını açıqlayıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, siyahıya yenə Madrid "Real"ı (İspaniya) başçılıq edir. “Real”  artıq 10 dəfədir ki, dalbadal  liderliyini qoruyub saxlayır.

 

2013-2014 mövsümünün yekununa görə, kral klubunun gəliri 550 milyon avro təşkil edib.  İngiltərənin "Mançester Yunayted" klubu  ikinci, Münhenin “Bavariya” klubu isə  üçüncü olub.

 

Qeyd edək ki, siyahının ilk 20-liyində 8 İngiltərə klubu yer alır. Türkiyənin “Qalatasaray” klubu isə 18-ci yerdə qərarlaşıb.

 

1. "Real"  (İspaniya) – 550 mln.

2. "Mançester Yunayted" (İngiltərə) – 518

3. "Bavariya" (Almaniya) – 488

4. "Barselona" (İspaniya) – 485

5. PSJ (Fransa) – 474

6. "Мançester Siti" (İngiltərə) – 414

7. "Çelsi" (İngiltərə) – 388

8. "Аrsenal" (İngiltərə) – 359

9. "Liverpul" (İngiltərə) – 306

10. "Yuventus" (İtaliya) – 279

11. "Borussiya" Dortmund (Almaniya) – 262

12. "Milan" (İtaliya) – 250

13. "Tottenhem" (İngiltərə) – 216

14. "Şalke" (Almaniya) – 214

15. "Аtletiko" (İspaniya) – 170

16. "Napoli" (İtaliya) – 165

17. "İnter" (İtaliya) – 164.

18. "Qalatasaray" (Türkiyə) – 162

19. "Nyukasl" (İngiltərə)- 155

20. "Everton" (İngiltərə) – 144.

Mənbə : Lent.az

Dünyanın en varlı futbol klubları belli oldu