20.01.2015 00:27 xeber –
Ukraynanın Xarkov şəhərində Moskva rayon məhkəmə binasının yaxınlığında baş vermiş partlayış nəticəsində 13 nəfər xəsarət alıb.
ANS PRESS-in məlumatına görə, partlayış zamanı yaralananlardan ikisinin vəziyyəti ağırdır.
Xarkov prokurorluğunun mətbuat katibi Vita Dubovik informasiyanı təsdiq edib: “Bəli, partlayış oldu. İlkin məlumatlara görə, bir neçə nəfər xəsarət alıb. Onlardan ikisi ağır vəziyyətdədir”.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko isə bildirib ki, partlayış nəticəsində 13 nəfər yaralanıb: “Bir nəfərin vəziyyəti son dərəcə ağırdır, altı nəfər ağır və altı nəfər yüngül yaralanıb. Hazırda hadisə yerində operativ-istintaq qrupu işləyir”.
Hazırda partlayışın yerində səkkiz briqada işləyir.
Mənbə : Anspress.com