İçeriğe geçmek için "Enter"a basın

Aleksandr Əliyeve Azerbaycandan teklif

19-01-2015


19.01.2015 21:29 xeber –

Ukrayna yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev Azərbaycan klublarından təklif alıb.

ANS PRESS-in məlumatına görə, Rusiyanın 1-ci dəstə təmsilçisi “Anji”dən qarşılıqlı razılıq əsasında ayrılan təcrübəli futbolçunun agenti Kamil Məmmədov vidalaşmağın səbəbini müştərisinin az oyun şansı qazanması ilə əlaqələndirib.

Ukraynanın segodnya.ua portalına danışan Məmmədov yarımmüdafiəçiyə 2 türk klubunun, habelə Azərbaycan təmsilçilərinin maraq göstərdiyini bildirib:

“Aleksandr iki türk klubunun maraq dairəsindədi. Yaxın 2 gündə hər şeyə aydınlıq gələcək. Azərbaycan? Bu ölkənin klubları müştərimə maraq göstərirdilər. Lakin bu haqda danışmağa ehtiyac yoxdu”.

Mənbə : Anspress.com

Aleksandr Əliyeve Azerbaycandan teklif