İçeriğe geçmek için "Enter"a basın

6 aylıq ermeni körpe öldü

19-01-2015


19.01.2015 18:12 xeber –

Gümrüdə yaralanmış 6 aylıq Seryoja Avetisyan ölüb.

ANS PRESS-in məlumatına görə, bu haqda Ermənistan Səhiyyə Nazirliyi xəbər yayıb.

Bir müddət əvvəl uşağın vəziyyətinin ağciyər, ürək və böyrək çatışmazlığı səbəbindən son dərəcə ağır olduğu xəbəri yayılmışdı.

Bir saat əvvəl uşağın bioloji ölümü təsdiq edilib. Yerli və xarici həkimlərin səylərinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, yanvarın 12-də Rusiya hərbi qulluqçusu Valeri Permyakov Gümrüdə Avetisyanlar ailəsinin altı üzvünü güllələyib. Avtomatın gülləsi qurtardığına görə Permyakov 6 aylıq uşağı süngü ilə öldürməyə çalışıb.

Mənbə : Anspress.com

6 aylıq ermeni körpe öldü