İçeriğe geçmek için "Enter"a basın

Novruz Memmedov “Şarli Ebdo”dan yazdı

19-01-2015


19.01.2015 14:41 xeber –

“Təəssüf ki, “Şarli Ebdo”ya terror aktı ilə bağlı proseslər İslam dininə münasibəti beynəlxalq siyasətinin gündəliyinin əsas məsələsinə çevirdi”.

Bunu Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsindən yazıb.

PA rəsmisi sözlərini belə davam edib: “Bu prosesin nə dərəcədə təhlükəli olduğunu görünür Avropa İttifaqında bəzi dairələr anlaya bilmədilər. Doğrudanmı?!”

Qeyd edək ki, bir müddət öncə Fransada Məhəmməd (s) peyğəmbərin karikaturalarını dərc edən jurnalın redaksiyasına terror hücumu həyata keçirilmişdi. Həmin hadisə zamanı “Şarli Ebdo” jurnalının baş redaktoru da daxil olmaqla 12 jurnal işçisi öldürülmüşdü.

Mənbə : Anspress.com

Novruz Memmedov “Şarli Ebdo”dan yazdı