19.01.2015 13:39 xeber –
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı işdən çıxıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın ANS PRESS-ə verdiyi məlumata görə, Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva öz ərizəsi ilə işdən azad edilib.
Onun işdən çıxma səbəbi bilinmir.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsi ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevə həvalə olunub.
Xatırladaq ki, Umayra Tağıyeva 2009-cu ildə departament rəhbərinin müavini vəzifəsindən azad edilərək Hidrometeoroloji Proqnozlar Bürosunun (HPB) direktor əvəzi təyin olunmuşdu.
Mənbə : Anspress.com