[r32]
31.12.2016 / 17:15 xeber –
BMT-nin baş katibi Pan Gi Mun səlahiyyətlərinin bitməsinə 1 gün qalmış təşkilatın Nyu-Yorkdakı qərargahını tərk etdi.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təşkilatın sayca 8-ci inzibati rəhbəri 2007-ci ildən çiyin-çiyinə işlədiyi əməkdaşları ilə vidalaşdı.
"Son 10 il ərzində mən minlərlə nitq söyləmişəm. Amma mən hələ də çox şey söyləmək istəyirəm. İndi mənim ağlımda yalnız iki söz var: Sağ olun. Mən sizi həmkar adlandırıb qürur hiss etdiyim kimi, sizdə qürur hiss etməlisiniz", – baş katib deyib.
mənbə :
lent.az