[r32]
31.12.2016 / 04:11 xeber –
Tərtərdə yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Tərtər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m2 sahədə və dam örtüyü 10 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
mənbə :
lent.az