[r32]
28.12.2016 / 08:45 xeber –
Bakının Səbail rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 4 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Şabran rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 72 m² olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
mənbə :
lent.az