İçeriğe geçmek için "Enter"a basın

Sevgilisini yaralayıb, qardaşını öldürənin məhkəməsi olub

22-12-2016


[r32]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini yaralayıb, onun qardaşını öldürməkdə təqsirləndirilən Fidani İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə ilkin hazırlıq iclası baş tutub.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə prosesi dekabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il avqustun 21-də Bakının Binəqədi qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Əfsanə Məmmədovanın evində tanışı – Gədəbəy rayon sakini F.İsmayılov münaqişə zəminində ona və qadının qardaşı Anar Məmmədova bıçaqla xəsarət yetirib. Daha sonra F.İsmayılov hadisə yerini tərk edib.

A.Məmmədov hadisə yerində ölüb, Ə.Məmmədova isə xəstəxanaya yerləşdirilib.

F.İsmayılov ilkin ifadəsi zamanı Ə.Məmmədova ilə aralarında mübahisə yarandığını deyib. Onun sözlərinə görə, mübahisəyə səbəb Ə.Məmmədovanın qardaşı A.Məmmədovla onun icazəsi olmadan dənizə getməsi olub. Əfsanənin evinə gələn Fidani qapının bağlı olduğunu görüb əsəbiləşib.

Qətli törədən F.İsmayılov ailəlidir, iki azyaşlı övladı var.
Azadlıq.az

Sevgilisini yaralayıb, qardaşını öldürənin məhkəməsi olub