[r32]
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu rəsm sərgisində güllələyərək öldürən Mövlud Mərd Altındaşla bağlı yeni detallar ortaya çıxıb
. Avropa.info xəbər verir ki, qatilin daha əvvəl “Today’s Zaman” qəzetinin Ankara nümayəndəliyini təmsil edən, hal-hazırda axtarışda olan FETÖ üzvü Abdullah Bozkurdun evində yaşadığı müəyyən edilib.
Xatırladaq ki, Abdulla Bozqurdun qətldən üç gün öncə “Türkiyədə konsulluqlar artıq nə üçün təhlükəsiz deyil?” adlı məqalə dərc etdirmişdi. Bozqurdun məqaləsindən 3 gün keçməmiş Rusiyanın Ankara səfiri Andrey Karlovun öldürülməsi böyük diqqətə səbəb olub.
Azadlıq.az