18.01.2015 03:29 xeber –
“Ərəb kinosunun xanım-xatını” olaraq tanınan misirli aktrisa Fatin Hamama dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, məşhur ərəb aktrisa 84 yaşında səhhətində yarannan narahatlıq səbəbilə həyata vida edib.
1931-ci ildə doğulan Hamama ötən əsrin 50-70-ci illərində olduqca yüksək populyarlığa malik idi.
10 yaşından etibarən kinoya çəkilən aktrisa 100-dən çox ekran əsərində rol alıb. Misirin ən tanınmış rejissorları ilə işləyib.
1955-ci ildə misirli aktyor Ömər Şəriflə evlənən aktrisa 20 il onunla ailə həyatı sürüb və daha sonra boşanıb.
Kariyerasında son filmə 1993-cü ildə çəkilən aktrisa bir sıra Amerika və Avropa istehsalı filmlərdə də rol alıb.
Qeyd edək ki, aktrisa eyni zamanda “Qızıl qlobus” mükafatının sahibidir.