İçeriğe geçmek için "Enter"a basın

36 derece isti olacaq

02-06-2015


02.06.2015 / 12:42 xeber –

İyunun 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.      

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah ölkə ərazisində mülayim şimal küləyi əsəcək.          

Havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 28-32 dərəcə isti olacaq

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə, dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 17-22, gündüz 31-36 dərəcə, dağlıq rayonlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu, Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 18-19, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 21-22 dərəcə isti olacaq.

İyunun 3-5 də Abşeron yarımadasında meteoloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da günün bəzi saatlarında rütubətin normadan çox olması bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. 

Mənbə : Lent.az

36 derece isti olacaq