İçeriğe geçmek için "Enter"a basın

“Manat bu il ərzində yenə ucuzlasacaq”

08-04-2015

manatinmezennesi
xeber –

Azadlıq.az-ın Anspress-ə istinadən verdiyi xəbərə görə, “Neft 70 dollar həddini keçərsə, manatla bağlı sabitlik olacaq. Hətta milli valyuta müəyyən qədər bahalaşa bilər. Əgər neft 30-40 dollara düşərsə, o zaman ikinci devalvasiyanın olması qaçılmazdır”.

Bunu iqtisadçı-ekspert Samir Əliyev deyib. O bildirib ki, bu halda devalvasiya 20-30% həcmində ola bilər.

“Mənim fikrimcə manatın ucuzlaşması prosesi parlament seçkilərinə qədər davam edəcək. Seçkilərdən sonra bu proses səngiyəcək. Hesab edirəm ki, ilin sonuna kimi manat 10% ucuzlaşacaq. Yəni, dollar 8 aya manat qarşısında möhkəmlənəcək və minimum 1,12 AZN olacaq”, – deyə iqtisadçı bildirib.

Samir Əliyev dolların 1,5 AZN olacağı ilə bağlı iddialarla razılaşmadığını bildirib. Mütəxəssis hesab edir ki, hər şey neftin qiymətindən asılıdır.

Mənbə : Anspress.com

“Manat bu il ərzində yenə ucuzlasacaq”