İçeriğe geçmek için "Enter"a basın

Fransadan Xədicə İsmayılın həbsi ilə bağlı bəyanat

15-12-2014

xediceismayil

Fransa’nın Xarici İşlər və İnkişaf Nazirliyi araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı bəyanat verib.

Nazirlik bildirir ki, jurnalistin həbsindən narahatdır: «Fransa Respublikasının Prezidenti Azərbaycana may ayında səfəri zamanı Xədicə İsmayılova ilə görüşüb. Fransa Azərbaycanın hökumət orqanlarını Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının qarşısında götürdüyü öhdəliklərə riayət etməyə, o cümlədən mətbuat azadlığına, ədliyyə sisteminin müstəqilliyinə, müdafiə hüquqlarına və təqsirsizlik prezumpsiyasına riayəti təmin etməyə çağırır».

Nazirlik bildirir ki, jurnalist Xədicə İsmayılova’nın situasiyasını diqqətlə izləyəcəklər.

Azadliq Radiosu

Fransadan Xədicə İsmayılın həbsi ilə bağlı bəyanat