İçeriğe geçmek için "Enter"a basın

Allergiya səbəbləri və qorunma yolları

27-03-2015

alerjiiAllergiya-orqanizmin allergen adlanan,ətraf mühitdəki bəzi faktorlara (kimyəvi maddələrə,mikroblara, qida məhsullarına və.s) qarşı yüksək həssaslığıdır. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəifliklə özünü biruzə verir. Bronxial astma kimi ağır xəstəliyin əsasında allergiya dayanır. İmmun sistemi sinir və endokrin sistemlə sıx əlaqədardır. Onlar fikirləri və fizioloji reaksiyaları daşıyaraq birgə təsir göstərir.

İmmun sistemin işi pozularsa, orqanizm üçün tam zərərsiz maddələrə də (bitkilərin tozcuqlarına, heyvanların tüklərinə, qida məhsullarına, ev tozuna) belə kəskin reaksiya verir. Hər hansı bir stressdən sonra immun sistemin işi pozula bilər. Hətta Amerikan psixoloqları sübut etmişlər ki, ana hamiləlik zamanı emosional gərginlik altında olursa, 80% hallarda uşaq allergik olur. Böyük yaşlarda stresə qarşı reaksiya olaraq tez-tez allergiyaya rast gəlinir. Bəzi tibb işçiləri allergiyanın və bronxial astmanın belə geniş yayılmasının səbəbini ekologiyanın bu dərəcədə korlanmasında görür. Baxmayaraq ki,tozsoran künclərdən və xalçalardan tozu təmizləyir amma onu 100% daxilində saxlaya bilmir.1-5% kiçik dispersli tozcuqlar yenidən havaya geri dönür. Bu dənəciklər yerdən 50-90sm hündürlükdə yəni bizim yatdığımız və uşaqların oynadığı sahədə yerə çökür. Belə ki ,xalçaların küçəyə çırpılması, tozsoranla təmizlənməsindən saqlamlıq üçün daha xeyirlidir. Artıq hesablanmışdır ki,hər bir şəhər sakini sutka ərzində 1-2 xörək qaşığı toz udur hansı ki, tərkibindəki zəhərli maddələrlə birlikdə ömürlük onun ciyərlərində qalır. Orqanizmin yetərincə xeyirli qidalandırıcı məhsullar qəbul etməməsi də allergik reaksiyalara səbəb ola bilər. Bunlara əsas vitaminlər və mikroelementlər aiddir. Vitamin A- immuniteti möhkəmləndirərək,infeksionxəstəliklərə qarşı həmçinin qrip,angina, bronxitə qarşı davamlılığını artırır. Aparılan təcrübələrdən məlum olmuşdur ki,vitamin A –nın istifadəsi hətta ağır allergik reaksiyalara da kömək edir.

Vitamin B6- Əhalinin böyük hissəsində bu vitaminə təlabat normaya uyğun deyil. Bu vitamin antitel əmələ gətirən fermentləri aktivləşdirir. Vitamin B5- Autoimmun prosseslər zamanı iltihab əleyhinə təsir göstərir. Onu dəridə təzahür edən allergiyalar zamanı, həssas dərilər üçün kremlərin və məlhəmlərin tərkibində istifadə edirlər. Vitamin C- Digər antioksidantların(Vitamin E-nin) təsirini gücləndirən antioksidantdır. Alimlərin rəyinə görə bu vitamini qəbul edən insanlar vitamin C defisitlilərə nisbətən daha uzun ömürlü olurlar. Vitamin E- Qida allergiyaları zamanı immun funksiyasının pozulmasında məsləhət görülür. Bronxial astmalı uşaqlarda tutmalar zamanı qanda E, A və C vitaminlərinin miqdarı azalır. Bu zaman Vitamin E-nin qəbulu immun göstəriciləri normallaşdırır. Nikotin turşusu- Bu vitaminin defisiti zamanı orqanizmin infeksiyalara qarşı davamlılığı aşağı düşür. Sübut olunmuşdur ki, nikotinamid autoimmun reaksiya mərhələsində 1-ci tip şəkərli diabetin inkişafını ləngidir. Görüyünüz kimi allergiya müxtəlif səbəblərdən meydana gələ bilər. Allergiyanın əmələ gəlməsinin və ondan qurtulmağın bir çox yollar var . Dəmrovotu otundan 1 xörək qaşığını 2 stəkan qaynar suda dəmlənilir, 4 saat saxladıqdan sonra, gündə 2 dəfə səhər və axşam yеməyə 15-20 dəqiqə qalmış 1/4-1/2 stəkan içmək lazımdır.

Aprеl-may aylarında cavan gicitkanı üstdən 20 sm kəsirlər, diqqətlə yuduqdan sonra xırda-xırda doğranılır, 1 litrlik bankaya yığırlar və üzərinə qaynanmış su tökərək 10 saat saxladıqdan sonra süzürlər. Əmələ gələn cövhəri mеyvə və tərəvəz şirələri ilə birlikdə uşaqlara 2-3 x.q içirirlər. Bu, qanı allergеnlərdən təmizləmə vasitəsi olmaqla, həmçinin sakitləşdirici bir dərmandır.

Kərəvizin təzə sıxılmış şirəsindən 1-2 çay qaşığını gündə 3 dəfə yеməkdən 30 dəqiqə qabaq allеrgiyaya qarşı içirlər. Bu müalicə həzmi, bronxiti və duzlaşmanı da aradan qaldırır.
Azadliq.az

Bir yorum

  1. SAIMET 01/04/2016

    SALAM mEN saimet. MEN TERLEYENDE YENI IW GORENDE ALARGIYA VERIR VE QIWIMAGA BAWLAYIR MEN BUNA NE EDE BILEREM??/

Yorumlar kapatıldı.

Allergiya səbəbləri və qorunma yolları