İçeriğe geçmek için "Enter"a basın

Erməni əsgərin atasını Ermənistan polisi saxlayıb

26-03-2015

ermeeni
Martın 22-də könüllü olaraq Azərbaycan tərəfinə keçmiş erməni əsgərin atası Ararat Qriqoryanı polis saxlayıb.

Ata Qriqoryan Martunidəki polis bölməsinə aparılıb.

Onun saxlanılma səbəbi və sonrakı taleyi barədə erməni KİV-də heç bir məlumat verilmir.

Xatırladaq ki, erməni silahlı bölmələrinin 1991-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçusu Andranik Araratoviç Qriqoryan martın 22-də saat 13:50 radələrində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçərək, könüllü olaraq ordumuza təslim olub. O, Ermənistan Ordusundakı hərc-mərclikdən, aclıqdan bezdiyini qeyd edib:

“Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çoxlu sayda insan var. Mən mənasız yerə ölmək istəmirəm, yaşamaq istəyirəm”.
Azadliq.az

Erməni əsgərin atasını Ermənistan polisi saxlayıb