İçeriğe geçmek için "Enter"a basın

Qənirə Paşayeva çox qəzəbləndi

10-01-2015

qenirepasayevaVəzifəsinin haqqını verən nadir millət vəkillərindən Qənirə Paşayeva, Dərbənddə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəlinin yandırılmasına etirazını bildirib.

Deputat bu hadisə ilə bağlı narahatlığını dilə gətirib.

Ans Press-in verdiyi məlumata görə, millət vəkili Qənirə Paşayeva qeyd edib ki, bunu törədən sadəcə cahil, vandal və insanlıqdan nəsibini almayanlar ola bilər.

“Yüz illərə meydan oxuyaraq bu gün də milyonlarla insanın könlündə taxt quran, adını tarixə qızıl hərflərlə yazan, Allah dostu və bütün dünyada dünya tarixinin ən böyük şəxsiyyətlərindən biri kimi qəbul olunan böyük Ustad, Şeyx Nizami Gəncəvi bu cür cahillərdən,onların dünya və insanlıq üçün zərərlərindən çox yazmışdı. Bundan öncələr də Nizaminin ruhuna böyük sayğısızlıq göstərilərək bir dəfə bu cür cahil təfəkkürlü bəzi “insan”ların Nizami Gəncəvinin heykəlini qırmızı rəngə boyaması xəbərini isə böyük hiddətlə oxudum”.

Millət vəkili ümid etdiyini bildirib ki, Dərbəndin hüquq-mühafizə orqanları bunu törədən vandalları taparaq cəzalandıracaq.

“Biz də bir azərbaycanlı olaraq Dərbəndin rəhbərliyini qardaş Dərbəndlə, Dağıstanla münasibətlərimizə ancaq özünün mənfi təsirini göstərə biləcək bu kimi halların qarşısının alınması və günahkarların tapılıb cəzalandırılasına çağırırıq. Çünki bu təkcə azərbaycanlıları deyil, əslində hər bir normal insanı dinindən və miliyyətindən asılı olmayaq hiddətləndirməlidir və bu kimi vandalizm aktları qınanmalıdırlar.

Bəlkə də bunu törədənlər Dərbənddə azərbaycanlılarla bəzi dost, qardaş xalqılar arasında gərginlik yaratmaq, alovlandırmaq istəyirlər. Bilmirəm, amma bu kimi hallara və bu niyyətdə olmaq istəyənlərə qarşı hamımız birgə mübarizə aparmalıyıq. Dünyada isə xoşgörü, sevgi bir tərəfə artıq tolerantlıq, dözümlülük, anlayış da getdikcə çox azalır və vəziyyət getdikcə daha da ağırlaşır”.

Q.Paşayeva vurğulayıb ki, dünyada artan aqressiya, bu cür vandallıq hərəkətləri dünyanın gələcəyi üçün ancaq daha da artan gərginliklərdən başqa bir şey vəd etmir o səbəbdən hər kəs dini inancından, etnik qrupundan asılı olmayaraq harada baş verməsindən asılı olmayaraq bu kimi məsələlərdə daha həssas olmalıdır.

“Nizami isə ölməz “Xəmsə”si ilə pis əməllərlə məşğul olanlara bu gün səslənir və deyir.

Bəlli bir şeydir ki, pislik edənlər
Öz işindən özü çəkəcək zərər.
Eşitməmisənmi bu məşhur sözü:
“Quyu qazan adam düşəcək özü.”

2 Yorum

  1. Daimi Gündüz 11/01/2015

    Türkiye’nin Eskişehir ilinden Azerbaycan’a kucak dolusu selamlar.. Gerek Türkiye ile Ermenistan arasında bir kaç yıl önce sınır kapısının açılması tartışmalarının yaşandığı sırada Türkiye’ye gelerek Mecliste yaptığı temaslar ve bu konuda yaptığı konuşmalardaki tavrı ve duruşunu izlediğimde, gerek sözde Ermeni soykırımı iddiaları konusundaki çalışmaları ve konuşmalarını izlerken Sayın Milletvekili Qənirə Paşayeva’ya bu duruşundan dolayı saygı duymuştum ve halen bu saygım devam etmektedir. Türkiyede’ki bazı Milletvekillerimizin Ermeni tezlerini savunan tavırlarını gördükçe Sayın Qənirə Paşayeva’ya olan saygım daha da artmıştı. Keşke kendisini örnek alabilselerdi. Gazeteniz çalışanlarına, Azebaycan’lı kardeşlerime ve Sayın Paşayeva’ya selamlar ve saygılar gönderiyorum. Yaşasın Türkiye ve Azerbaycan…

  2. mina 02/06/2015

    qenire xanim kisi xisletli qadindir.allah terefinden gonderilmis melekdir.onun uzu kimi qelbi de gozeldir.esq olsun ona.muselmanlar heykele toxunmaz.bu ermeni isidir.murdar ve zavallilar acigini heykelden cixarir.

Yorumlar kapatıldı.

Qənirə Paşayeva çox qəzəbləndi