İçeriğe geçmek için "Enter"a basın

Millət vəkilləri Hadı Rəcəblinin müsahibəsindən danışdılar

12-03-2015

hadirecebli“Bu cür ifadələr işlədərkən çox ehtiyyatlı olmaq lazımdır”.

Fəzail Ağamalı: “Mənim Hadı müəllimə çox böyük hörmətim var. Onun milli məclisdə öz yeri var. Heç şübhəsiz ki, komitə sədri kimi bizim qanunların hazırlanmasında ciddi rolu var, lakin bu cür ifadələr işlədərkən çox ehtiyyatlı olmaq lazımdır”.

“Ola bilər ki, hansısa saytlar onun fikrini kontekstən çıxardıb”

Ceyhun Osmanlı: “Mən Hadı müəllimi uzun illərdir tanıyıram. O, hər zaman müəllimlərin əmək haqqının artmasına çalışan insanlardan biridir. Ola bilər ki, hansısa saytlar onun fikrini kontekstən çıxardıb. Çox güman ki, o, xalqımızın zəhmətkeşliyini qabartmaq istəyib. Yəni Hadı müəllim inanmıram ki, bu sözləri insanları sırf buna təhrik etmək üçün desin. Çünki Hadı müəllim, Azərbaycan xalqını sevən bir insandır. O, sadəcə bir misal verib. Və bu misal o demək deyil ki, o müəllimləri aşağılayıb. Düşünürəm ki, bu məsələdə Hadı müəllimin üzərinə çox getmək lazım deyil”.

Zahid Oruc: “Parlament üzvlərinin hər zaman sərbəst mövqelərinin ifadə etməsinin tərafdarı olmuşam. Sırf həmkarlıq nöqteyi-nəzərdən istər tribunadan, istər sonradan mediada bu məsələlər ətrafında kəskin əks-fikirliliyin yaşanmasının çox da tərəfdarı deyiləm. Düşünürəm ki, Azərbaycan parlamenti də o mövqedədir ki, müəllim adı şərəflə anılsın. Onların sosial təminatı kifayət qədər güclü olsun və müəllim özünü ikinci və ya üçüncü işlərlə məşğul etməyə ehtiyyacı qalmasın. Bununla bağlı dövlət də hazırda müvafiq addımlar atmaqdadır. Mən müəllimlərin həyat şəraitinin daim yüksək səviyyədə olmasının hər zaman tərəfdarı olmuşam”.

Qeyd edək ki, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Trend-ə verdiyi müsahibəsində müəllimlərə işdən sonra fəhləlik təklif etməsi ilə gündəmə gəlib.

Bir yorum

  1. Tahir Əliyev 13/03/2015

    Ölkədə yaranmış iqtisadi böhranla əlaqədar deputatlar insanların qeydinə daha çox qalmalıdır, daha müəllimləri təhqir etməməlidir. Şünki onları da bu ərsəyə müəllimlər gətiriblər və yaxşı olar ki, bir müddət maaşlarını azaltsınlar, böhrana köməklik üçün.

Yorumlar kapatıldı.

Millət vəkilləri Hadı Rəcəblinin müsahibəsindən danışdılar