İçeriğe geçmek için "Enter"a basın

Facebook həyat qurtardı

08-01-2015

facebook

Həyatımızın bir çox sahələrində sosial şəbəkələrdən istifadə edirik
Amerikanın Şimali Kaliforniya ştatında da  911 xidmətinin dispetçeri “facebook” sosial şəbəkəsindən istifadə edərək  hündürlükdən yıxılma nəticəsində ağır zədələnən turistin yerini müəyyənləşdirmişdir.
 “İctnews”a istinadən verilən xəbərə görə, turist Rayn Pritçard oğulu ilə birlikdə səyahətə çıxıb. Məlumata görə, R.Pritçardın ayağı büdrəyib və 45 metr hündürlükdə sıldırım qayadan yıxılıb.
Onun 11 yaşlı oğlu 911 xidmətinə zəng etsə də, olduqları yer barədə məlumat verməzdən əvvəl rabitə əlaqəsi kəsilib. Zərərçəkmişin yerini müəyyənləşdirmək üçün xidmət əməkdaşı turistin “facebook” səhifəsinə daxil olub və oradakı son xəbərdə faciənin baş verdiyi yerin yaxınlığında çəkilən fotoşəkili görüb.
Sosial şəbəkədəki bu məlumat xilasedicilərə qısa müddətə zərərçəkmiş turisti tapmağa kömək edib
Azadliq.az

Bir yorum

  1. sara 08/06/2015

    ayy

Yorumlar kapatıldı.

Facebook həyat qurtardı