Moody’s beynəlxalq reytinq agentliyi Azərbaycanın 6 özəl Bankının yeni reytinqini açıqlayıb.
“Marja” xəbər verir ki, “Moody’s Investors Service” beynəlxalq kredit reytinqi agentliyi VTB Bank (Azərbaycan), Bank of Baku ASC və Unibank Kommersiya Bankının Baza Kredit Qiymətləndirilməsini (BCAs) və uzunmüddətli depozit reytinqlərini aşağı salıb və “neqativ” (mənfi) proqnoz verib.
Həmçinin Moody’s, ASC Xalq Bank, Bank Respublika və Kapital Bank ASC-nin uzunmüddətli depozit reytinqlərinin proqnozunu “Stabil”dən “Neqativ”ə dəyişib.
“Neqativ” (Mənfi) proqnoz o deməkdir ki, reytinq daha da aşağı salına bilər. Bu bank sektorunun nüfuzuna mənfi təsir göstərəcək və onların xaricdən resurs cəlb etmək imkanını məhdudlaşdıracaq. Eyni zamanda, bankların cəlb etdiyi xarici resursların faiz dərəcəsi də daha artıq olacaq.
“Azərbaycan Beynəlxalq Bankı”nın uzunmüddətli depozit və təminatsız kredit reytinqi Ba3 səviyyəsində, BCA isə b3 səviyyəsində saxlanılıb.
Agentlik bankların reytinqlərinə dekabrda manatın devalvasiyasının, üzən məzənnəyə keçid və bankların sürətlə dollarlaşmasının mənfi təsir etdiyini deyir.
“VTB Bank” (Azerbaijan) ASC-nin “BCA” reytinqi b2-dən caa1-ə, uzunmüddətli depozit reytinqi isə B1-dən B2-yə salınıb.
“Bank of Baku”nun BCA üzrə reytinqi b1-dən b3-ə, uzunmüddətli depozit reytinqi isə B1-dən B3-ə endirilib.
“Unibank” ın BCA üzrə reytinqi b2-dən b3-ə, uzunmüddətli depozit reytinqini isə B2-dən B-3 səviyyəsinə endirilib.
Azadliq.az
Azərbaycanın 6 bankına Moody’s-dan “Neqativ” xəbər
22-01-2016
Daha fazla İqtisadiyyatİqtisadiyyat kategorisinden daha fazla yazı »