Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları azalıb
Mərkəzi Bankın «2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanat»ında deyilir ki, valyuta ehtiyatları 5 milyard ABŞ dollarınadək düşüb.
Bu o deməkdir ki, Mərkəzi Bank ötən ilin son ayında manatı qorumaq üçün 1 milyard 245 milyon dollar xərcləyib, çünki noyabrın sonunda valyuta ehtiyatının həcmi 6 milyard 245.6 milyon dollar olub.
Bəyanatda o da deyilir ki, son 1 ildə Mərkəzi Bankın valyuta bazarında satışları 8 milyard ABŞ dollarını ötüb.(azadliq.orq)
ANS TV-nin məlumatına görə isə son 5 ayda bu tendensiya daha da sürətlənərək nəhayət dekabrın sonunda Mərkəzi Bankın rəsmi valyuta ehtiyatı 13,7 milyard dollara düşüb. Qurumun bununla bağlı yaydığı bəyanatda bildirilir ki, valyuta ehtiyatlarının saxlanılmasının başlıca məqsədi pul və valyuta siyasətinin həyata keçirilməsi, ölkədaxili maliyyə sabitliyinin təmin olunmasıdır. Bu məqsədlə Mərkəzi Bank 2014-cü ilin 11 ayında manatın dollara qarşı kəskin bahalaşmasının qarşısını almaq üçün 1milyard 270 milyon dollarlıq alış yönlü müdaxilə edib. Dekabr ayında isə rublun kəskin ucuzlaşması Azərbaycanın valyuta bazarına psixoloji təsir göstərib.
Nəticədə ölkədə dollara tələbat artıb. Manatın məzənnəsini qorumaq üçün Mərkəzi Bank bazara 1 milyard 127 milyon dollarlıq satış yönlü müdaxilə edib.