İçeriğe geçmek için "Enter"a basın

Ermənistan: “Atəşkəs bitti, müharibədəyik”

23-12-2015

ateskesqurtardiii“Bizdə sülh yoxdur, nisbi sakitlik var. Bu müharibədir və sizin “Atəşkəs rejiminin pozulması” yox “ müharibə” termini işlətmənizi istərdim. Çünki artıq mahiyyətcə bizdə atəşkəs rejimi yoxdur. ”

Bunu Yerevanda jurnalistlərə Ermənistan müdafiə nazirliyinin sözçüsü Artsrun Hovhannisyan deyib. O Azərbaycanı tank və zenit-raket qurğularından istifadə eləməkdə günahlandırır.

Hovhannisyan həmçinin bildirib ki, Azərbaycan ağır silahlardan istifadə eləməklə yanaşı, diversiya taktikasını da dəyişib.

O deyib ki, son vaxtlar Azərbaycan ordusunda sıravi əsgərlər arasında itkilərin sayı kəskin azalıb, müqavilə ilə xidmət edənlər və zabitlər arasında isə artıb.

Hovhannisyan bu il Ermənistanın dinc sakinlər də daxil olmaqla 40 nəfərdən artıq itki verdiyini deyir.

Onun sözlərinə görə Azərbaycan tərəfi itkilərin sayını gizlədir və bundan çox itki verib.

Hovhannisyan hesab edir ki, Azərbaycan tərəfi il ərzində 200 nəfərdən çox itki verib.

Azərbaycanın müdafiə nazirliyi isə atəşkəsin pozulması və son vaxtlar qoşunların təmas xəttində yaranmış gərginliyə görə Ermənistan tərəfini günahlandırır.

Nazirliyin dekabrın 23-də yaydığı məlumata görə,erməni silahlı bölmələri son gün ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini ümumilikdə 100 dəfə pozub.

Nazirlik dekabrın 20-nə keçən gecə erməni birləşmələrinin növbəti təxribat cəhdinin qarşısının alındığını və qarşı tərəfinatəş nöqtələri və mövqelərinə müxtəlif çaplı silahlardan dəqiq zərbələr endirildiyini bildirir.

Məlumata görə cavab əməliyyatı nəticəsində qarşı tərəfin bir neçə texnikası sıradan çıxarılıb, şəxsi heyət arasındaazı 2 nəfər ölüb və 4 nəfərsə yaralanıb.

Ümumilikdə isə Ermənistan tərəfi həftə ərzində 18 itki verib, 20-dən çox hərbçi isə yaralanıb.

Həmçinin toqquşmada Azərbaycan əsgəri İbrahim Nurməmmədzadənin həlak olduğu bildirilir.

Ermənistan: “Atəşkəs bitti, müharibədəyik”