İçeriğe geçmek için "Enter"a basın

Ukraynada nazirin Saakaşvilini vurduğu görüntülər-VİDEO

16-12-2015

mixail
Ukrayna Daxili işlər naziri erməni əsilli Arsen Avakovla Odessanın qubernatoru gürcü əsilli Mixail Saakaşvili arasında baş verən münaqişənin videosu yayılıb.

Azadliq.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, dekabrın 14-də prezidentin rəhbərlik etdiyi Milli İslahat Şurasının toplantısında Avakov münaqişə zəminində Saakaşviliyə “Ölkəmdən rədd ol” deyərək üzünə içərisi su ilə dolu stəkan atıb.

Qeyd edək ki, ölkə prezidenti Pyotr Poroşenko da baş verənlərə etirazını bildirmiş, bunu yolverilməz adlandırmışdı:

“Milli Şurada kobud söyüş və təhqir işlətmək, xüsusən də, insanın milli ləyaqətinə toxunan, onun Ukrayna vətənpərvərliyini şübhə altına irqçi çıxışlar yolverilməzdir”.

Ölkə başçısı eyni zamanda, korrupusiya ilə mübarizəni piar alətinə çevirdikləri üçün hər iki siyasətçini tənqid edib.

Azadliq.az

Ukraynada nazirin Saakaşvilini vurduğu görüntülər-VİDEO