İçeriğe geçmek için "Enter"a basın

“Dənizə bir qərənfil ataq”

07-12-2015

deniz
Bu gün Bakı Bulvarında saat 12:00-də “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğın nəticəsində itkin düşən 29 nəfərin əziz xatirəsini anmaq üçün aksiya keçiriləcək.

Gün.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Saat Qülləsi ətrafında baş tutacaq aksiya “Dənizə bir qərənfil ataq” adı altında keçiriləcək. Xatırladaq ki, hadisə ilə bağlı dekabrın 6-da Prezidentin sərəncamı ilə Azərbaycanda bir günlük matəm elan olunmuşdu.
Azadliq.az

“Dənizə bir qərənfil ataq”